ana səhifə  | qalereya | musiqi | forum | qonaq kitabılinklər | layihə haqqında | müəllif
   axtar  
  az | rus | eng
  Mifologiya
   miflər
   etioloji miflər
   təqvim mifləri
   esxatoloji miflər
   rituallar
   Novruz mərasimləri
   adətlər və bayramlar
   toy mərasimləri
  Folklor
   əfsanələr
   rəvayətlər
   atalar sözləri
   tapmacalar
   nağıllar
   türk eposu
   qəhrəmanlıq eposları
   ozan ənənəsi
   Dədə Qorqud
   aşıq yaradıcılığı
   Koroğlu
   eşq dastanları
   lətifələr
   Molla Nəsrəddin
   Hacı dayı
   mahnı folkloru
   bayatılar
   xalq teatrı
   uşaq folkloru
  Türk dili
   qədim türk dili
   müasir türk dili
  Ədəbiyyat
   qədim dövr
   islam intibahı
   XIII-XVIII əsrlər
   XIX əsr
   XX əsr
   müasir dövr
  Tarix
   islamaqədərki dövr
   islamadan sonra
   A.X.R.
   Azadıstan ölkəsi
   kommunist rejimi
   çətin sınaqlar
   böyük dönüş
   dirçəliş
   faktlar və mülahizələr
  Məqalələr
  Mənbələr
  Qlossariya
  Metodik göstərişlər
  Kitabxana
  Muzey
 
Dizayn xoşunuza gəldimi?
 
Heyran qaldıq
Əladır
Yaxşıdır
Köhnəsi yaxşı idi
Pisdir
[nəticə] [başqası]




 

AZƏRBAYCANIN TARİXİ-ETNOQRAFİK ELEKTRON MUZEYİ

Elektron muzeyin arxeoloji kolleksiyasını Mingəçevir, Oranqala, Kültəpə, Qəbələ, Naxçıvan, İsmayıllı, Yaloylutəpə, Şamaxı, Şəki, Alazan, Gəncə və Bakı bölgələrindən tapılan materiallar təşkil edir. Paleolit çağının nadir maddi-əşyavi dəlilləri sırasında azıxantrop insanın kəlləsinin fraqmentləri diqqəti daha çox cəlb edir. 1968-ci ildə Füzuli şəhərinin yaxınlığında yerləşən məşhur Ağız mağarasından aşkarlanan dünyamızın bu ilk sakinlərindən birinin yaşı 300-350 min ildir. Azərbaycanın maddi mədəniyyətinin qədim materialları ulu əcdadlarımızın kökünün çox dərin qatara gedib çıxmasına şahidlik edir. Abşeron bölgəsinindakı Qobustan qayalarındakı, Kəlbəcər qayalarındakı və Ordubadın Gəmiqayasındakı qayaüstü rəsmlər də 5 min il bundan əvvəlki çağların yadigarlarıdır. Tarixçilər göstərirlər ki, Azərbaycan ərazisindən tapılan ilk pul Makedoniyalı İsgəndərin çağına aiddir. Bu gümüş sikkələr – drahma və tetradrahmalar – dünyanın ən böyük fatehinə məxsus idi. Onun ölümündən sonra imperiya parçalanmış və çoxsaylı gümüş pullar da ayrı-ayrı ellin dövlətlərinin (Selevkinin, Parfiyanın, Baktriyanın, Pontun və b.), eləcə antik dünyanın mərkəzlərinin (Afina, Roma) Azərbaycanla ticarət əlaqələrindən xəbər verir. Müxtəlif əlvan metallardan hazırlanan çxsaylı zinətlər və məişət əşyaları yurdumuzun b. e. ə. XI yüzillikdən başlayaraq b. e. XII əsrinədək olan mərhələsinin geniş mənzərəsini gözlərimiz önündə canlandırır və Azərbaycan xalqının maddi mədəniyyətinin səviyyəsinin yüksəkliyini göstərir. Əldə olan məmulatların təhlili belə bir həqiqəti də meydana çıxarır: qədim zərgər ustaları elə incə işlər yaratmışlar ki, onlar bütünlüklə öz formasını, ya da bəzi elementlərini, ilkin şəklini bizim çağlaradək «yaşada» bilmişdir. Sizə təqdim etdiyimiz Azərbaycanın tarixi-etnoqrafik elektron muzeyi on bölmədən ibarətdir: arxeologiya, pullar, silahlar, dəmir və mis əşyalar, xalçalar, tikmələr, bəzəklər, geyimlər, qala və saraylar, təbiət mənzərələri.



 


Arxelogiya
Azərbaycanın qədim maddi mədəniyyətini əks etdirən arxeloji tapıntılar ona şahidlik edir ki, burada yaşayan Türkün kökü çox dərin çağlardan gəlir. Qayaüstü rəsmlər, ilkin yaşayış məskənləri, o cümlədən Azıx mağarası, kurqanlar təsdiqləyir ki, yurdumuz bəşər oğlunun ayağı dəyən ilkin yaşayış yerlərindən biridir.

Pullar
Qədim Azərbaycanda – Atropatan və Qafqaz Albaniyasında Makedoniyalı İsgəndərin pullarına uyğun gümüş sikkələr buraxılırdı. Bu cür pullar Selevik və Parfiya çarlarının da adına kəsilmişdi. Sonralar Azərbaycan Atabəylər dövlətinin, Abqoyunlularn və Səfəvilərin öz pulları olmuşdur.

Silahlar
Son orta əsrlər çağına aid silahlar – qılınc, qalxan, amud, şeşpər, bilərzik, dəbilqə, nizə, ox-yay, xəncər, dəmir geyim – zireh, tüfəng və s. Azərbaycan ustalarının hazırladıqları ən gərəkli əşyalardan sayılırdı. Əfsanəvi Misri qılıncın vətənində hazırlanan silahlar dünyanın bir çox muzeylərini bəzəyir.

Mis və dəmir məmulatları

Azərbaycan ustaları çox qədim çağlardan tunc, mis, qalay və dəmirdən məişət əşyaları, bəzək şeyləri hazırlayırdılar. Onların əl işləri forma zənginliyinə, naxışların müxtəlifliyinə və özünəməxsusluğuna görə başqalarından tamilə seçilirdi.

Xalçalar
Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Bu gün xalça mədəniyyətinə görə ən inkişaf etmiş ölkələrdən biri sayılır və yurdumuzda 60-dan çox xalça növü vardır. Kompozisiyasının mürəkkəbliyi ilə seçilən xalçalarda milli elementlər xüsusi yer alır.

Tikmələr
Xalq incəçsənətinin dərin qatlarla bağlılığını nümayiş etdirən tikmələrdə bütün naxış formalarından istifadə edilmişdir. Öz tarixi kökləri ilə çox qədim çağlarla (b. e. ə. III minilliklə) bağlanan tikmələrdə xalqımızın ən incə duyğuları və estetik görüşləri özünə yer alır.

Zərgərlik məhsulları

Neçə min illik yaradıcılıq yolu keçən zərgərlik sənəti tarixin bütün mərhələlərində ən məşhur hökmdarları heyran qoymuşdur. İlkin çağlarda müxtəlif metariallardan hazırlanan bəzək və zinət əşyalarının əldə olan nümunələrinin tarixi b. e. ə. XI yüzilliyə gedib çıxır. Onlar Azərbaycan xalqının mənəvi zənginliyindən xəbər verir.

Paltarlar

Azərbaycan türklərinin milli geyimləri uzun və çətin proseslərdən keçərək öz milli koloritini, kökə bağlılığını qoruyub saxlamışdır. Paltarlar həmişə xalqın qəhrəmanlıq tarixi ilə əlaqədar olmuşdur. Dəyişməz əlamətlər digər maddi mədəniyyət nümunələrindən daha çox geyimlərdə özündə əks etdirir.

Qalalar və saraylar
Qədim qalar və saraylar ona şahidlik edir ki, Azərbaycan türkləri bu ərazilərdə çox əski çağlardan köçəriliyin daşını atmış, oturaq həyata başlayaraq zəngin şəhər mədəniyyətinə sahib durmuşlar. Azərbaycanda elə qalalar var ki, tarixinii dəqiq müəyyənləşdirmək bir sıra çətinliklər yaratmışdır. Gədəğəyldəki Koroğlu, Şəkidəki Gələsən-Görəsən, Bakıdakı Qız qalaları öz orijainal kompozisiyası ilə seçilir. Maraqlıdır ki, dünyanın möcüzələrindən biri sayılan Tac-Mahal sarayını da ulu əcdadlarımız Təbriz memarları inşa etmişlər.

Təbiət mənzərələri
Azərbaycan dünyanın cənnət cuşələrindən sayılır. Yurdumuzda təbiətin yaratdığı bütün gözəlliklərə – şəlalələr, sıldırım qayalar, göllər, laləli düzlər, yaşıl çəmənlər və sıxyarpaqlı meşələrə rast gəlmək mümkündür.

 


© 2006. Ramazan Oruç oğlu Qafarlı. Bütün hüquqlar qorunur. Mətnlərdən istifadə edərkən müəllifin yazılı razılığının alınması vaçibdir. İnternet dəstəyi: Netra Inc.