|
AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI
Qədim çin və runik türk əlifbası ilə yazı yaddaşına göçürülən türk ədəbiyyatı uzun bir tarixi yol keçərək orta əsrlərdə Mahmud Kaşqarlı, Yusif Balasaqunlu kimi möhtəşəm qələm ustalarını, «Dədə Qorqud» tək nəhəng abidəni meydana gətirmişdir. Türk dilli xalqların müştərək dövründən sonra (bu dövrü bəziləri 13-cü əsrlə - Həsənoğlu və «Dastani-Əhməd Harəmi» ilə, bəziləri 15-16-cı əsrlə - Nəsimi, Füzuli və Şah İsmayıl Xətayi ilə, bəziləri isə 18-ci əsrlə - Vaqif və Vidadi ilə əlaqələndirirlər. Lakin danılmaz faktdır ki, 7 - 10-çu yüzilliklərdə Azərbaycan, eləcə də bütün türk alməmində oğuzmalər yaranmış və yazıya göçürülmüşdür. Orta əsrlərdə Şərqdə ərəb və fars dilləri bütün müsəlman ölkələri üçün elmi və ədəbi dil sayılmağa başlamışdır. Bu səbəbdən də uzun müddət tədris ərəb dilində aparılmış, ədəbi dil isə fars dili sayılmışdır. Təsadüfi deyildir ki, 12-ci yüzillikdə Xaqani və Nizami kimi qüdrətli Azərbaycan şairləri bu ənənəyə uyğun uyğun olaraq əsərlərini fars və türk dilində yaratmışlar. Lakin türkcə divaniləri hələki tam şəkildə üzə çıxarılmamışdır. B.Qaskoyn «Böyük moqollar» əsərində göstərir ki, Əmir Xosrov Dəhləvi mənşəcə türk olsa da, poemalarını fars, hind və urdu dillərində yazmışdır.
Bunları nəzərə alaraq Azərğaycan türklərinin ədəbiyyat tarixi bir neçə mərhələyə ayrılır:
1.Qədim çağ - ortaq türk ədəbiyyatı. Oğuznamələr.
2.Erkən opta çağlar - müsəlman intibahı və Ümumşərq ədəbi ənənələri Azərbaycanda.
3.XIII-XVIII əsrlər - Oğuz-türk seri. Türk xalq sufiliyi. Türk xalq ser səkilləri yazılı ədəbiyyatda.
4.XIX əsr -maarifçilik hərəkatı, dramaturgiyanın və realist nəsrin meydana gəlməsi.
5.XX əsr - romantik və realist ədəbiyyat.
6.Müasir çağ.
|