ana səhifə  | qalereya | musiqi | forum | qonaq kitabılinklər | layihə haqqında | müəllif
   axtar  
  az | rus | eng
  Mifologiya
   miflər
   etioloji miflər
   təqvim mifləri
   esxatoloji miflər
   rituallar
   Novruz mərasimləri
   adətlər və bayramlar
   toy mərasimləri
  Folklor
   əfsanələr
   rəvayətlər
   atalar sözləri
   tapmacalar
   nağıllar
   türk eposu
   qəhrəmanlıq eposları
   ozan ənənəsi
   Dədə Qorqud
   aşıq yaradıcılığı
   Koroğlu
   eşq dastanları
   lətifələr
   Molla Nəsrəddin
   Hacı dayı
   mahnı folkloru
   bayatılar
   xalq teatrı
   uşaq folkloru
  Türk dili
   qədim türk dili
   müasir türk dili
  Ədəbiyyat
   qədim dövr
   islam intibahı
   XIII-XVIII əsrlər
   XIX əsr
   XX əsr
   müasir dövr
  Tarix
   islamaqədərki dövr
   islamadan sonra
   A.X.R.
   Azadıstan ölkəsi
   kommunist rejimi
   çətin sınaqlar
   böyük dönüş
   dirçəliş
   faktlar və mülahizələr
  Məqalələr
  Mənbələr
  Qlossariya
  Metodik göstərişlər
  Kitabxana
  Muzey
 
Dizayn xoşunuza gəldimi?
 
Heyran qaldıq
Əladır
Yaxşıdır
Köhnəsi yaxşı idi
Pisdir
[nəticə] [başqası]




 

TÜRK DİLİ VƏ ƏLIFBASI

Azərbaycan türkləri (tarixin müxtəlif dönəmlərində onları türklər, tatarlar, azərbaycanlılar, azərilər,azərbaycan türkləri adlandırmışlar) dünya əhalisinin 40 milyondan çoxunu təşkil edir. Onlar Azərbaycan respublikasının (7 milyon nəfərdən çox), Şimali və Şərqi İranın, daha doğrusu, Cənubi Azərbaycanın (30 milyon nəfərdən çox), əsas və köklü sakinləridirlər. Eləcə də dünyanın başqa ərazilərində – Avropa ölkələrində (2 milyondan çox), Asiyada (300 minə yaxın), o cümlədən Türkiyədə (2 milyondan çox), Gürcüstanda (500 mindən çox), Rusiya Federasiyasında (400 minədək) məskunlaşmışlar. Qərbi Azərbaycanın (Göyçə, Kafan, Zəngəzur və s. bölgələrinin) yerli sakinləri silah gücünə öz doğma yurdlarından deportasiya olunmuşdur (800 mindən artıq). Azərbaycan torpağında yaşayan türklər dəfələrlə erməni millətçiləri tərəfindən genosidə məruz qalmışdır. 1918-20-ci illərdə daşnaklar Bakı, Şamaxı və Qarabağda dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. 20-ci yüzilliyin sonunda erməni faşistləri sovet ordusunun ermənipərəst nümayəndələri ilə birlikdə bir çox Azərbaycan kəndlərinin dinc əhalisini tamamilə qırmışlar. Tarix Xocalıdakı erməni vandalizmini heç vaxt yaddan çıxarmayacaq. Tankalarla, BTR-lərlə körpə uşaqları, qadınları və qocaları – silahsız insanları vəhşicəsinə öldürmələri, yurdlarını tərk etmək istəyənləri belə qışın sərt soyuğunda dağlarda təqib edərək güllələməyi, bəzilərinin beynini dağıtmaları ermənilərin şeytan əməllərindən biri kimi qiymətləndirilmişdir.
Mahmud Kaşqarlıdan başlayaraq bütün tədqiqatçılar göstərirlər ki, ərəb əlifbasından türklərin istifadəsinin tarixi 11-ci yüzildən aşağı getmir. Başqa sözlə, türklər ərəb əlifbasından 11-ci yüzildən başlayaraq faydalanmışlar. Türklər 10-cu əsrin ortalarında toplu halda İslam dinini qəbul etmiş və ərəb əlifbasına keçmişlər. Və buna görə də elmdə belə bir səhv qənaət meydana gəlmişdir ki, köçəri halda yaşayan türklərin 11-ci yüzildən əvvəl yazısı olmamışdır. Guya yazı mədəniyyətini türklərə İslam dini vermişdir. Lakin faktlar gpöstərir ki, 5-ği yüzildə türklər arasında iki cür yazı növü ilə yaranan ədəbiyyat mövcud olmuşdur: 1) runik yazı - Göytürk runları; 2) uyğur yazısı. Ulu əcdadlarımız oğuz türkləri də Göytürk yazısından istifadə etmişdir. Orxon-Yenisey, Onkin, İrk Bitik və s. abidələr məhz runik yazı ilə tərtib olunmuşdur. 19-cu yüzilin sonlarında (1893) Danimarkalı şərqşünas V.Tomsen tərəfindən oxunmuşdur. 552-ci ildə əski türk dövləti Göytürklərin qurucusu İltəriş Kağan və onun oğlu mü ;drik dövlət başçısı kimi tanınan Bilgə Kağanın dövründə daş üzərində yazılmışdır. Göytürk yazısı beş əsrdən çox fəaliyyət göstərmişdir. Ev əşyaları, qapılar, geyim və bəzək şeyləri, məzar daşları, gümbəzlər, daş parçaları üzərindəki yazılar bu faktı sübut edir. 11-ci əsrə qədər Göytürk əlifbasından böyük bir ərazidə yaşayan türklərin istifadə etdikləri tarixə məlumdur.
Keçən əsrin 30-cu illərindən sonrakı dövrdə Azərbaycanda rus qrafikasından istifadə olunurdu. 1991-ci ildə latın əlifbasının bərpası haqqında qanun qəbul edilmiş və 1929-30-cu ildəki əlifbanın təkmilləşdirilməklə istifadəsinə başlanmışdır.



 
  • Türkdilli yazýlý abidələrin tarixindən
  •  
     
    < Ïðåäûäóùèé1 Ñëåäóþùèé >
     
     
     
    © 2006. Ramazan Oruç oğlu Qafarlı. Bütün hüquqlar qorunur. Mətnlərdən istifadə edərkən müəllifin yazılı razılığının alınması vaçibdir. İnternet dəstəyi: Netra Inc.