ana səhifə  | qalereya | musiqi | forum | qonaq kitabılinklər | layihə haqqında | müəllif
   axtar  
  az | rus | eng
  Mifologiya
   miflər
   etioloji miflər
   təqvim mifləri
   esxatoloji miflər
   rituallar
   Novruz mərasimləri
   adətlər və bayramlar
   toy mərasimləri
  Folklor
   əfsanələr
   rəvayətlər
   atalar sözləri
   tapmacalar
   nağıllar
   türk eposu
   qəhrəmanlıq eposları
   ozan ənənəsi
   Dədə Qorqud
   aşıq yaradıcılığı
   Koroğlu
   eşq dastanları
   lətifələr
   Molla Nəsrəddin
   Hacı dayı
   mahnı folkloru
   bayatılar
   xalq teatrı
   uşaq folkloru
  Türk dili
   qədim türk dili
   müasir türk dili
  Ədəbiyyat
   qədim dövr
   islam intibahı
   XIII-XVIII əsrlər
   XIX əsr
   XX əsr
   müasir dövr
  Tarix
   islamaqədərki dövr
   islamadan sonra
   A.X.R.
   Azadıstan ölkəsi
   kommunist rejimi
   çətin sınaqlar
   böyük dönüş
   dirçəliş
   faktlar və mülahizələr
  Məqalələr
  Mənbələr
  Qlossariya
  Metodik göstərişlər
  Kitabxana
  Muzey
 
Dizayn xoşunuza gəldimi?
 
Heyran qaldıq
Əladır
Yaxşıdır
Köhnəsi yaxşı idi
Pisdir
[nəticə] [başqası]




 

AZƏRBAYCAN TÜRKLƏRİNİN TARİXİ

Azərbaycan adlanan ölkənin sakinləri tarixən elmə, mədəniyyətə, xüsusilə ədəbiyyata və incəsənətə böyük maraq göstərmələri ilə fərqlənmişlər. 20-ci yüzilliyin əvvəllərinədək onları türklər və bəzən də tatarlar adlandırırdılar.
Azərbaycanlıların etnogenezisində prototürklər - lulubəylər, trukkilər, madaylar, mannalılar, Atrepatanın və Qafqaz Albaniyasının qədim köklü əhalisi, e. ə. birinci minillikdə və eramızın ilk miniilliyində Azərbaycana gələn digər türkdilli tayfalar (kimmeriyalılar, skiflər, masıagetlər, hunlar, bulqarlar, xəzərlər, oğuzlar, peçeneqlər və b.) durur. Tarixçilərin gəldiyi qənaətə görə, Azərbaycanın türk xalqı, əsasən, 5-7 əsrlərdə formalaşmağa başlamış, 11-12 yüzilliklərdə türkdilli etnosların yeni dalğasının axınının nəticəsində (xüsusilə səlcukların) bütöv xalq kimi tam yetkinləşərək əvvəl türk dilini elmi-ədəbi dil şəklində təsdiqlətmiş, 15-16 əsrlərdə (ağqoyunlu və səfəvilər çağında) isə onu dövlət dilinə çevirmişdir. Beləliklə, Azərbaycan ilk yaranışdan türk etnoslarının yaşadığı ərazidir. Hələ qədim zamanlarda antik müəlliflər xronikalarda Şimali Azərbaycanda – Albaniyada isgid, sak, turuke və b. türk etnoslarının məskun olduğunu qeyd etmişlər.
Qədim Azərbaycanın Urmiya gölü çevrəsindəki türklər Assuriya mənbələrində turuklar adlandırılır. Sak çarlığı, Atropat Midiyasındakı prototürk tayfaları, bu torpaqlara türk tayfalarının zaman-zaman axını, yeni eradan əvvəlki və sonrakı gəlişləri yerli türk tayfaları ilə mənəvi və dil birliyini gücləndirmiş, etnik prosesləri istiqamətləndirmişdir. Elə buna görə də Azərbaycanın, Azərbaycan xalqının tarixi ümumən qədim türk tarixi kontekstindən qoparıla bilməz.



 
 
 
< ПредыдущийСледующий >
 
 
 
© 2006. Ramazan Oruç oğlu Qafarlı. Bütün hüquqlar qorunur. Mətnlərdən istifadə edərkən müəllifin yazılı razılığının alınması vaçibdir. İnternet dəstəyi: Netra Inc.